MKT İstehsalat Kommersiya (MKT Cotton)

Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri

Bakı, Azərbaycan

27.03.23


Qeyd

  • Beynəlxalq və yerli keyfiyyət standartlarının tətbiqini təmin etmək.
  • İş sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək.
  • Keyfiyyətə nəzarət işini planlaşdırmaq və keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq.
  • Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq.
  • Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək.
  • Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurları təmin etmək.
  • Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasını təmin etmək, rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində təşkil etmək.
  • Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq istehsal prosesinin keyfiyyətinə nəzarət üzrə işi təşkil etmək.
  • Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək.
  • Fərdi fəaliyyət planı tərtib etmək.
  • Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək.
  • Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək.
  • İstehsalat ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq.
  • Məhsulun istehsalatının başlanması üçün nümunə götürmək, yoxlama həyata keçirmək və laboratoriya nəticələr barədə hesabat vermək.
  • Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsulu qiymətləndirmək.
  • Qrup fəaliyyətlərini mövcud daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək.
  • Tələb olunduğu hallarda mövcud olan daxili sistemləri təkmilləşdirmək;
  • Digər departament və qruplarla koordinasiya saxlamaq, həmçinin üst rəhbərlər və qrup işçiləri arasında münasibətləri uzlaşdırmaq.
  • Birbaşa rəhbərinə işi barədə hesabat vermək.


Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri- aqrokadr.az” mövzusu ilə career@mktcotton.com və career@agro.gov.az elektron ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 31.03.23

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.


Oxşar Elanlar